Bakıda 28 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Mustafayeva Solmaz Səhravi qızı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb, ona qapalı kəllə-beyın travması, sağ bud sümüyünün sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
İlqar Abdullayev