Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Mahmudova Gülnarə İbad qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub. G.Mahmudova reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.