Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Keşlə qəsəbəsində avtomobil yolda dayanan iki piyadanı - 1982-ci il təvəllüdlü Bahəddinov Vüqar Qardaşxan oğlunu və 1985-ci il təvəllüdlü Mürsəlov Rəşad Telman oğlunu vurub.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hər iki şəxsə sol və sağ baldır sümüklərinin əzikləri diaqnozları qoyulub.