Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə aprelin 8-də saat 21 radələrində qeydə alınıb.
Xəzər rayonunun Zuğulba qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini X.Hümbətovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.