Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Hüseynova Könül Dövlət qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.