Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
18 May , 2021 12:27
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü
0 : 00
0 : 00

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 17-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində Ucar rayon sakini N.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zabit Sultanovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi