Bakıda avtomobillə toqquşma təhlükəsi ilə üzləşən motosiklet sürücüsü qəza törədib

Bakıda avtomobillə toqquşma təhlükəsi ilə üzləşən motosiklet sürücüsü qəza törədib Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Yanvar , 2021 01:37
Bakıda avtomobillə toqquşma təhlükəsi ilə üzləşən motosiklet sürücüsü qəza törədib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qarabağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində 1963-cü il təvəllüdlü Hüseynov Surxay İmamverdi oğlu motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiket aşıb. Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

S.Hüseynovun dediyinə görə, hərəkətdə olarkən qarşısına gözlənilmədən “KaMAZ” markalı yük avtomobili çıxıb. Bu zaman o idarəetməni itirərək qəza törədib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi