Bakıda avtoservisdə yanğın olub.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal rayonunda avtoservisin ərazisində təmirə dayanan "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb, yüksək temperaturdan yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin qapısı qismən deformasiyaya uğrayıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı sexlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.