Azərbaycanda cəzaçəkmə müəssisəsində məhbus vəfat edib.
“Report”un xəbərinə görə, hadisə Xəzər rayon, Binə qəsəbəsi ərazisində yerləşən 17 Saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Belə ki, cəzaçəkmə müəssisəsində cəza çəkən, 1993-cü il təvəllüdlü Məmmədağa Əzimov qəfildən ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.