Bakıda ər və arvadın bıçaqlanması hadisəsinin təfərrüatı məlum olub.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə mayın 28-də saat 23 radələrində baş verib.
Ailə münaqişəsi zəminində Namiq Rəsulov həyat yoldaşı Fərqanə Rəsulovaya bıçaq xəsarətləri yetirib.
N.Rəsulov daha sonra özünə bıçaq xəsarətləri yetirib.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma davam etdirilir.
Bakıda ər və arvad bir-birini bıçaqlayıb.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bıçaqlanan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.
Hadisənin təfərrüatı Xəzər Rayon Polis İdarəsində araşdırılır.