Xətai polisi oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları keçiriblər.
Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 000 ABŞ dolları və 1 500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.