Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib.
DİN-dən "Report"a verilən məlumata görə, ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlayıb.
Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edilən faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq tədbirləri davam etdirilir.