Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
7 Noyabr , 2021 02:36
Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Əliyev Yasəf Cəmil oğlu mübahisə zəminində 2 bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın və kürək nahiyəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi