Bakıda gənc qızı vuraraq ərazidən yayınan sürücü yenə qəza törədib

Bakıda gənc qızı vuraraq ərazidən yayınan sürücü yenə qəza törədib Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Dekabr , 2021 03:24
Bakıda gənc qızı vuraraq ərazidən yayınan sürücü yenə qəza törədib

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. “Azadlıq” metrostansiyasının yaxınlığında Xəyal adlı sürücünün (soyadı dəqiqləşdirilir-red) idarə etdiyi "Ravon" markalı avtomobil piyada keçidində yolu keçən 22 yaşlı Məmmədova Sevinc Kamran qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, sürücü hadisə yerindən yayınarkən onun idarə etdiyi nəqliyyat vasitəsi digər avtomobillə toqquşub.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb. Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi