Bakıda elektrik cərəyanı gənci vuraraq öldürdü

Bakıda elektrik cərəyanı gənci vuraraq öldürdü Bakının Xəzər rayonunda 16 yaşlı gənci elektrik cərəyanı vurub.
Hadisə
21 Fevral , 2021 19:53
Bakıda elektrik cərəyanı gənci vuraraq öldürdü

Bakının Xəzər rayonunda 16 yaşlı gənci elektrik cərəyanı vurub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayonunda elektrik yarımstansiyasının ərazisindəkı transformatorda cərəyan vurması nəticəsində ölən 2005-ci il təvəllüdlü Muradov İsmayıl Misirxan oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər İ.Muradovun meyitini elektrik naqillərindən ayırıb transformatordan aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi