Bakıda idman zalı aşkarlandı, 56 nəfər cərimələndi

Bakıda idman zalı aşkarlandı, 56 nəfər cərimələndi Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir
Hadisə
27 Aprel , 2021 10:45
Bakıda idman zalı aşkarlandı, 56 nəfər cərimələndi

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar olaraq həyata keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Keçirilən profilaktik tədbir zamanı müəyyən edilib ki, rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir. Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib.

Həmin şəxslərdən “COVID-19” virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər.

Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi