Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Bəndiyev Rasim Pənah oğlu bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov