Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub Bakıda iki nəfərə qarşı dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
19 Sentyabr , 2024 10:06
Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iki nəfəri aldadaraq ümumilikdə hesabına 20 000 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 38 yaşlı E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi