Bakıda xuliqanlıq edən şəxsdən qanunsuz silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə fevralın 17-si saat 3 radələrində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında baş verib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmaqda və orada işləyən 2 nəfəri döyməkdə şübhəli bilindiyinə görə saxlanılan S.Quliyevdən qundağı və lüləsi kəsilmiş BUM markalı ov tüfəngi götürülüb.