Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb Nizami rayonu ərazisində mənzillərin birindən 60000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Hadisə
29 Aprel , 2024 10:44
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakının Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi