Bakıda mənzildə ölüm hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə iyulun 29-da Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Belə ki, həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Oleq Spridonovun üzərində zorakılıq əlaməti görünməyən meyiti aşkarlanılıb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.