Bakıda mərmi aşkarlandı

Bakıda mərmi aşkarlandı Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ƏrazilərinMinalardan Təmizlənməsi üzrə MilliAgentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Hadisə
17 Avqust , 2020 08:35
Bakıda mərmi aşkarlandı
0 : 00
0 : 00

Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən "Report"a bildirilib ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü, 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi