Bakıda qadını şantaj edən şəxs tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.