Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var

Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var DİN açıqlama verdi
Hadisə
12 Yanvar , 2021 16:09
Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub, hazırda araşdırma aparılır:

"İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib".

15:27

Bakıda qadın və uşaq sığınacağına hücum olub.

"Report"un xəbərinə görə, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, sığınacağın əməkdaşları sığınacaqda qalan qadının qohumları tərəfindən zorakılığa məruz qalıb. Həmçinin sığınacağın qadın əməkdaşına da xəsarət yetirilib:

"Qadının əri Primov Habil, qayınanası Primova Saniyyət, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlarımıza çox ciddi xəsarətlər yetiriblər. Daxili İşlər Nazirliyindən xahiş edirik ki, bu ailə haqqında tədbir görülsün. Artıq polisə məlumat verilib".

Son xəbərlər

Orphus sistemi