Bakıda dələduzluq hadisəsi olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Babayevanın 50 000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini İ.Babayev saxlanılıb.
Araşdırma aparılır.