Bakıda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Teymur Sadiqi-Raşidinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Zeynal Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Sumqayıt şəhər sakini Teymur Sadiqi-Raşidi bu ilin mart ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatda saxlanılıb. O, şantaj etdiyi Bakı şəhər sakini olan S.Məmmədovadan 1 000 manat alan zaman tutulub.
Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.