İyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürmüş, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.
Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.