Bakıda qəbiristanlıqda məzarların üzərindən gül oğurlayanlar saxlanıldı

Bakıda qəbiristanlıqda məzarların üzərindən gül oğurlayanlar saxlanıldı Paytaxtın Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzarların üzərlərinə qoyulan gül dəstələrini oğurlayan şəxslər saxlanılıblar
Hadisə
18 Mart , 2021 14:23
Bakıda qəbiristanlıqda məzarların üzərindən gül oğurlayanlar saxlanıldı

Paytaxtın Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzarların üzərlərinə qoyulan gül dəstələrini oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakinləri Elşən AbduləliyevƏli Əliyev tutularaq istintaqa təqdim olunublar.

Araşdırma zamanı onların müxtəlif vaxtlarda həmin qəbirstanlıqdan ümumi dəyəri 1300 manat olan gül dəstələrini oğurladıqları və paytaxtın müxtəlif yerlərində satdıqları məlum olub. Həmçinin saxlanılan zaman E.Abduləliyevin üzərindən bir büküm narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Faktla saxlanılan şəxslər barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi