Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.
Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Pirallahı rayonunda “Mercedes” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.