FHN: İzmir küçəsindəki kafedə baş verən yanğında xəsarət alan olmayıb - YENİLƏNİB-4

FHN: İzmir küçəsindəki kafedə baş verən yanğında xəsarət alan olmayıb - YENİLƏNİB-4 Bakıda restoranlardan birində yanğın başlayıb, avtomobillərin hərəkəti dayanıb.
Hadisə
22 Fevral , 2024 22:12
FHN: İzmir küçəsindəki kafedə baş verən yanğında xəsarət alan olmayıb  - YENİLƏNİB-4

Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğında xəsarət alan olmayıb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, sahəsi 150kv.m olan restoranın ümumi sahəsi 96kv.m olan əlavə tikilmiş artırma hissəsinin yanar konstruksiyaları və bitişik, fəaliyyət göstərməyən restoranın ümum sahəsi 70kv.m olan əlavə tikilmiş artırmasının 35kv.m sahədə penoplasdan ibarət dam örtüyü yanıb. Yüksək temperaturdan binanın birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin 2 ədəd pəncərə çərçivəsi deformasiya edib.

Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər sayəsində restoranların qalan hissəsi, bitişik obyekt və mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

20:40

Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

20:14

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtda yanğın olan ərazidə yol polisi əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edirlər.

19:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

19:40

Bakıda restoranlardan birində yanğın başlayıb, avtomobillərin hərəkəti dayanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilir.

Son xəbərlər

Orphus sistemi