Baş Prokurorluq martın 9-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı açıqlama verib.
Qurumun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb:
"Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir".
Bakıda şagirdlərin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
“Report”un əldə etdiyi məlumata görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, hadisə ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, iki məktəbli qız - 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı birgə doqquzmərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.
Qızların Abşeronda eyni sinifdə oxuduqları və rəfiqə olduqları bildirilir.