Bakıda yol-nəqliyyat hadisəsi olub.
"Report"un xəbərinə görə, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobillə “BakuBus” MMC-nin istismarında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə “Iveco” markalı sərnişin avtobusu toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.