Bakıda soyğunçuluq edən şəxslər saxlanıldı

Bakıda soyğunçuluq edən şəxslər saxlanıldı Polis əməkdaşları tərəfindən saxlanılan R.Əzimov və T.Əliyev etdikləri cinayəti etiraf ediblər
Hadisə
16 Mart , 2021 13:56
Bakıda soyğunçuluq edən şəxslər saxlanıldı

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən Ramiq Əzimov və Təbib Əliyev saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxslər hadisə zamanı Yasamal rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefon istəyiblər. Daha sonra həmin şəxslər zərərçəkənin dəyəri 410 manat olan “Samsung” markalı telefonunu və içərisində 280 manat olan pul kisəsini əlindən alaraq hadisə yerindən qaçıblar.

Polis əməkdaşları tərəfindən saxlanılan R.Əzimov və T.Əliyev etdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

"Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə, ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər", - Mətbuat xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi