Bakıda Türkiyə bayrağına hörmətsizlik edən Fuad İsmayılov həbs edilib.
"Report"un xəbərinə görə, bu barədə qərar Nizami Rayon Məhkəməsində çıxarılıb.
Qərara əsasən, F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirli bilinib və o, 30 sutka inzibati qaydada həbs olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə bir nəfərin Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik etməsini əks etdirən görüntülər yayılmışdı. Araşdırmalar zamanı həmin şəxsin 1985-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. O, polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunaraq saxlanılıb.