Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda yol qəzası olub, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
23 Aprel , 2021 23:00
Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Motosikletlə avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Rzayev Ağamir Fikrət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol mil sümüyünün sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi