Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2019-cu il təvəllüdlü Hacıyeva Nərgiz Elxan qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ dizinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.