Bakıda yolu bağlayan TIR sürücüləri həbs olunublar

Bakıda yolu bağlayan TIR sürücüləri həbs olunublar Bakıda yolu bağlayan TIR sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov 30 sutka həbs olunublar.
Hadisə
18 Fevral , 2022 18:08
Bakıda yolu bağlayan TIR sürücüləri həbs olunublar

Bakıda yolu bağlayan TIR sürücüləri Mirələm Məmmədov və Elvin Məlikov 30 sutka həbs olunublar.

"Report"un xəbərinə görə, bu barədə qərar Nərimanov Rayon Məhkəməsində elan edilib.

Bundan başqa, sürücü Bəxtiyar Məmmədov səhhəti ilə əlaqədar olaraq məhkəməyə çıxarılmayıb.

Rəmiş Cəfərovun barəsində isə cinayət işi olduğu üçün onunla bağlı təqdimata ayrıca baxılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

Xatırladaq ki, fevralın 17-i səhər saatlarında “R-GROUP” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi