Bakıda yük maşınlarının bağladığı yollar açılıb

Bakıda yük maşınlarının bağladığı yollar açılıb Bakının Heydər Əliyev prospektində yük maşınlarının bağladığı yollar açılıb.
Hadisə
17 Fevral , 2022 10:51
Bakıda yük maşınlarının bağladığı yollar açılıb

Bakının Heydər Əliyev prospektində yük maşınlarının bağladığı yollar açılıb.

Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, DYP tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib, yollar açılıb, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospektində 4 yük avtomobilinin sürücüsü yolu bağlamışdı. Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən icazə vərəqələrinin verilməsini tələb edirdilər. Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranmışdı.

Son xəbərlər

Orphus sistemi