Balakən sakinindən qanunsuz ov tüfəngi götürülüb

Balakən sakinindən qanunsuz ov tüfəngi götürülüb Balakən sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb
Hadisə
12 Mart , 2021 10:45
Balakən sakinindən  qanunsuz ov tüfəngi götürülüb

Balakən sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Şambul kənd sakini Rafael Saramanovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi və həmin tüfəngə aid patronlar aşkar edilərək götürülüb.

R.Saramanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi