Balakəndə avtomobil ağaca çırpılıb, sürücü yanaraq ölüb - YENİLƏNİB

Balakəndə avtomobil ağaca çırpılıb, sürücü yanaraq ölüb - YENİLƏNİB Balakən rayonunda avtomobil yanıb, sürücü yanaraq ölüb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Balakən rayon Tülü kəndi ərazisində baş verib. Belə ki, Tülü kənd sakini 1988-ci il təvəllüdlü Arus Səidbəy oğlu Dinavasova məxsus​ "Nexi
Hadisə
19 Avqust , 2023 13:38
Balakəndə avtomobil ağaca çırpılıb, sürücü yanaraq ölüb - YENİLƏNİB

Balakəndə avtomobil ağaca çırpılıb, sürücü yanaraq ölüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 12 radələrində rayonun Tülü kəndi ərazisində hərəkətdə olan “Daewoo” markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü də nəqliyyat vasitəsinin içərisində yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

13.21

Balakəndə sürücü​ avtomobildə yanaraq ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Balakən rayonunun Tülü kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1988-ci il təvəllüdlü Arus Səidbəy oğlu Dinavasova məxsus​ "Nexia R3" markalı minik avtomobilində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub.

Nəticədə sürücü A.Dinavasov avtomobildə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi