Balakəndə avtomobil qadını vuraraq öldürüb

Balakəndə avtomobil qadını vuraraq öldürüb DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyev
Hadisə
23 İyul , 2024 09:08
Balakəndə avtomobil qadını vuraraq öldürüb

Balakən rayonunda avtomobil qadını vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi