Balakəndə​ tövlə yanıb, yüzlərlə cücə tələf olub

Balakəndə​ tövlə yanıb, yüzlərlə cücə tələf olub Balakən rayonunun Gərəkli kəndində mal tövləsində yanğın baş verib, 300-dən çox cücə yanaraq tələf olub.
Hadisə
9 Yanvar , 2023 00:17
Balakəndə​ tövlə yanıb, yüzlərlə cücə tələf olub

Balakən rayonunun Gərəkli kəndində mal tövləsində yanğın baş verib, 300-dən çox cücə yanaraq tələf olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, kənd sakini 64 yaşlı Rauf İsmayılova məxsus mal tövləsində baş verən yanğın nəticəsində 50 kvadrat metr sahə və içərisində olan 300 ədəd cücə yanaraq tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Ümumi sahəsi 90 kvadrat metr olan tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi