Banqladeşdə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 389 min nəfər əhalisi olan Komilla şəhərindən 45 km cənubda, ocağı isə 35 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.