Bu ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
"Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 41072985-dir.
Belə ki, 2021-ci ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib", - Baş Prokurorluqdan bildirilib.