“Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı hazırda istintaq davam etdirilir”.
“Report” xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.
O deyib ki, qəza pilotların səhlənkarlığı ucbatından baş verib.
“Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib”, - o vurğulayıb.