İyulun 13-də “Sumqayıt”, “Hövsan”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) 7 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən onlar xilas edilib.