DYP: Bayram günlərində qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək

DYP: Bayram günlərində qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək “Novruz bayramı ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq”
Hadisə
18 Mart , 2021 09:33
DYP: Bayram günlərində qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək
0 : 00
0 : 00

“Novruz bayramı ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq”.

Bu sözləri Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev "Report"un sorğusuna cavab olaraq bildirib.

O deyib ki, bayram günləri və həftə sonları həm Bakıda, həm də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək:

“Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.

Sürücülər həm qeydiyyat, həm də texniki baxışla bağlı müraciət edə bilərlər. İş adi günlərdəki kimi davam edəcək”.

 Namidan Piriyev
Namidan Piriyev

Son xəbərlər

Orphus sistemi