Beyləqanda 12 nəfər "Aşura" mərasiminə görə saxlanıldı

Beyləqanda 12 nəfər "Aşura" mərasiminə görə saxlanıldı Bərdə rayonunda birqrup şəxs xüsusui karantin rejimini pozublar.
Hadisə
30 Avqust , 2020 14:11
Beyləqanda 12 nəfər  Aşura mərasiminə görə saxlanıldı

Beyləqan rayonunda bir qrup şəxs xüsusui karantin rejimini pozublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report" a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Beyləqan şəhəri ərazisində yerləşən H.Abdullyevə məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və ev yiyəsi ilə birlikdə orada olan 12 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi