Bərdədə cibgirlik edən şəxs tutulub.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, Bərdə şəhər sakini M.Məmmədov fevral ayının 16-də Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb.
Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.