Bərdədə “patı” ilə tutulan şəxsin evlərdən və avtomobillərdən oğurluq etdiyi məlum olub

Bərdədə “patı” ilə tutulan şəxsin evlərdən və avtomobillərdən oğurluq etdiyi məlum olub Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 30 yaşlı Samir Kamranzadə saxlanılıb.
Hadisə
5 Avqust , 2021 09:30
Bərdədə “patı” ilə tutulan şəxsin evlərdən və avtomobillərdən oğurluq etdiyi məlum olub

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 30 yaşlı Samir Kamranzadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

S.Kamranzadənin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-avqust aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən məişət əşyaları və dörd avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.

S.Kamranzadə barəsində Bərdə RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi